Padşahın bir də dilənçinin dostu olmaz.

Neither king nor beggar has a friend. Царь да нищий без товарищей.
özünüzü evinizdə kimi hiss edin
Padşahın da rəiyyətə işi düşər.
OBASTAN VİKİ
Padşahın məhəbbəti
Padşahın məhəbbəti (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. Əsər 1923-cü ildə "Azərbaycan Xalq Maarif Komissarlığı, Ali-Siyasi Maarif İdarəsinin Nəşriyyatı" tərəfindən Bakıda nəşr olunmuşdur. Əsər bir pərdədən ibarətdir. Müəllifin bu əsəri yazmaqda məqsədi feodalizm dövrünün çatışmazlıqlarını yeni yaranmış sosializm cəmiyyətinə izah etməkdir. Əsər Əbdürrəhimbəy Haqverdiyevin sovet dövründə yazdığı ilk əsərlərdən biridir. Əsərdə ölkəsində qəddar bir padşahın etdiyi haqsızlıqlardan bəhs edilir. O, kənd sakinlərindən Səidin arvadına aşiq olur və öz vəzifəsindən istifadə edərək məqsədinə çatmağa çalışır. Bunun üçün Səidi həbsxanaya salır və ona işgəncə verir. Nəhayət qazıya rüşvət verir və Səidin arvadını alır. Etdiyi bu haqsızlıq Səidin ölümünə səbəb olur.
Oğlan dostu
Oğlan dostu (ing. Boyfriend) ― Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan kişi cinsindən olan şəxs. Bu ifadə heteroseksual olan qadının münasibətdə olduğu kişi üçün istifadə olunduğu kimi, gey cütlüklər üçün də eyni mənanı daşıyır. Sözügedən ifadənin qadınlar üçün olan formasına isə qız dostu deyilir.
Qız dostu
Gölfrend yaxudda qız dostu – Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan qadın cinsindən olan şəxsi ifadə edən termindir. Belə münasibətdə olan insanlar bir-birlərini “qiymətli” və “partnyor” kimi müəyyən edib, bir-birlərinə sevgilim, balım, əzizim kimi sözlərlə müraciət edirlər. Evli kişi ilə münasibətdə olan qadınlara “məşuqə” deyirlər. Bu terminin kişilər üçün olan formasına isə oğlan dostu deyirlər.
Bir Də Baxım... (albom)
Bir Də Baxım... – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın ikinci studiya albomu.
Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941)
Xüsusi buraxılışdır. Film müharibə mövzusunda yazılmış mahnılara və şerlərə həsr olunmuşdur. Operator: Mirzə Mustafayev Səs operatoru: İlya Ozerski Montaj edən: Qriqori Braginski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84-85.
Padşahın məhəbbəti (pyes)
Padşahın məhəbbəti (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. Əsər 1923-cü ildə "Azərbaycan Xalq Maarif Komissarlığı, Ali-Siyasi Maarif İdarəsinin Nəşriyyatı" tərəfindən Bakıda nəşr olunmuşdur. Əsər bir pərdədən ibarətdir. Müəllifin bu əsəri yazmaqda məqsədi feodalizm dövrünün çatışmazlıqlarını yeni yaranmış sosializm cəmiyyətinə izah etməkdir. Əsər Əbdürrəhimbəy Haqverdiyevin sovet dövründə yazdığı ilk əsərlərdən biridir. Əsərdə ölkəsində qəddar bir padşahın etdiyi haqsızlıqlardan bəhs edilir. O, kənd sakinlərindən Səidin arvadına aşiq olur və öz vəzifəsindən istifadə edərək məqsədinə çatmağa çalışır. Bunun üçün Səidi həbsxanaya salır və ona işgəncə verir. Nəhayət qazıya rüşvət verir və Səidin arvadını alır. Etdiyi bu haqsızlıq Səidin ölümünə səbəb olur.
"Jurnalistlərin dostu" mükafatı
"Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat. "Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir. Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Jurnalistlərin dostu mükafatı
"Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat. "Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir. Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Eşkıya Dünyaya Hükümdar Olmaz
Oğru Dünyaya Hökm Etmir(TV seriyası) 2015-ci ildə Raci Şaşmaz və Bahadır Özdener tərəfindən yaradılmışdı İlk bölümü 8 sentyabr 2015-ci ildə yayımlanan Oğru Dünyaya Hökm Etmir filminin ssenarisini Raci Şaşmaz və Bahadır Özdener birlikdə yazmışdır.rejssorluğu Onur Tan Zübeyr Şaşmaz və Baran Özçaylanın aksiyon film aksiya cinayət və dram (kino və televiziya) Türklər Televiziya serialı Ümumilikdə 6 mövsümdən ibarət olan serial 15 iyun 2021-ci ildə yayımlanan 199-cu bölümü ilə mövsüm finalını etdi və son dəfə ekranda oldu. Serialın davamı üçün BluTV ilə əl sıxma. İlk olaraq hazır olan, lakin yayımlanmayan 200-cü bölüm yenilənmiş montajı və əlavə səhnələri ilə bir film olacaq. Ad hüququ atv-də olan layihənin yeni adı Son Əfsanə oldu. Digər tərəfdən layihənin serial versiyası fevral ayında çəkiləcək və baş rolda İlyas Çakırbəyliyə həyat verən uğurlu aktyor Ozan Akbaba çəkiləcək. Xızır Oktay Kaynarca həbsxanada, Alpaslan Yunus Emre Yıldırımer isə xaricə sürgündə çəkiləcəyi üçün serialda yer almayacaq. Bu inkişafdan sonra ATV BVB Production-a qarşı 165 milyon dollarlıq iddia qaldıracağını açıqladı. Pərdə arxasında yayılan xəbərlərə görə, BluTV ATV-nin iddia qaldırmağa hazırlaşmasından sonra BVB Production ilə bağladığı müqavilədən geri çəkilib. Serialın 3 mövsümü Bahadır Özdenerlə ssenari müəllifi olan Raci Şaşmaz 2019-cu ildə aktyorların maaşlarını ödəyə bilməyib və istehsalı ATV İç Yapımlar-a transfer etməli olub. Bahadır Özdener Berna Aruzla birlikdə serialın ssenarisini yazmağa davam edib.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Altmış bir
Altmış bir — say sistemində ədədlərdən biridir. Altmışdən sonra, altmış ikidən əvvəl gəlir. Altmış bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Bir Tavil
Bir Tavil (ərəb. بيرطويل‎ "uzun bulaq") — şimaldan Misirlə, qərbdən, cənubdan və şərqdən Sudanla həmsərhəd olan ərazi. Adını yerli su mənbəyinin adından almışdır (hazırda fəaliyyət göstərmir). Hər iki ölkə Bir Tavilə iddialarından imtina edir; beləliklə, o, terra nullius, "heç kəsin torpağı" statusuna malikdir. Bir Tavil dördbucaqlı formasına malikdir, lakin buna baxmayaraq, bəzən onu "Bir Tavil üçbucağı" da adlandırırlar. 2014-cü ildə Alastair Bonnett əsərində Bir Tavili Yer kürəsində yaşayış üçün əlverişli olan, lakin heç bir tanınmış hökumət tərəfindən iddia edilməyən yeganə yer kimi təsvir etmişdir. == Tarixi == 1899-cu ildə Sudanda İngiltərə-Misir kondominium müqaviləsinə əsasən, Misir və Sudan arasındakı sərhəd 22-ci paralel boyunca keçməli idi. Lakin 1902-ci ildə İngiltərə "siyasi sərhəd"dən asılı olmayaraq yeni "inzibati sərhəd" çəkdi və nəticədə Həlaib Üçbucağı Sudan administrasiyasının nəzarətinə keçdi. Eyni zamanda, Bir Tavil Misirin nəzarətinə keçdi. Çünki onun ərazisi Misirdə yaşayan Ababde tayfası tərəfindən otlaq kimi istifadə edilirdi.
Doxsan bir
Doxsan bir — say sistemində ədədlərdən biridir. Doxsandan sonra, doxsan ikidən əvvəl gəlir. Doxsan bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Medison Bir
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko, Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. Natriumun atom rəqəmi.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən bir
Səksən bir — say sistemində ədədlərdən biridir. Səksəndən sonra, səksən ikidən əvvəl gəlir. Səksən bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş bir
Yetmiş bir — say sistemində ədədlərdən biridir. Yetmişdən sonra, yetmiş ikidən əvvəl gəlir. Yetmiş bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yüz bir
Yüz bir — mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqs. Yüz bir Şərq aləminə aid olunan mistik rəqəmlərdən biridir. Məsələn, təsbehdə olan yüz bir ədəd buna örnəkdir. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. "Yüz bir"i rəqs kimi xatırlayırlar, ancaq əvvəllər mahnı ilə ifa olunub. Musiqisi çox həsrətdolu, lirikdir, bu da ondan irəli gəlir ki, Şüştər muğamı üstündədir. Balabanın ifasında çox qulağayatımlıdır. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə, xüsusən çiyin hərəkətlərilə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar.
İyirmi bir
İyirmi bir — say sistemində ədədlərdən biridir. İyirmidən sonra, iyirmi ikidən əvvəl gəlir. İyirmi bir ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli bir
Əlli bir — say sistemində ədədlərdən biridir. Əllidən sonra, əlli ikidən əvvəl gəlir. Əlli bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Stefford Bir
Vilyam Ross Eşbi (ing. William Ross Ashby;; 6 sentyabr 1903, London – 15 noyabr 1972) — ingilis psixiatrı, kibernetika mütəxəssisi, mürəkkəb sistemlərin öyrənilməsində qabaqcıl. Kembric Universitetini bitirib. 1930-cu ildən psixiatr işləyib. 1947-ci ildən 1959-cu ilə qədər Ashby İngiltərənin Qloster şəhərindəki Barnwood House Xəstəxanasında tədqiqat direktoru olub. 1959–1960-cı illərdə Bristolda Burden Nevroloji İnstitutunun direktoru olub. 1960-cı ildən — İllinoys Universitetinin Elektrik Mühəndisliyi Departamentinin Kibernetika və Psixiatriya professoru (Ərbana, ABŞ). 1971-ci ildə Kral Psixiatriya Kollecinin üzvü oldu. Ashby homeostatı icad etdi (1948) və özünütəşkilat anlayışını təqdim etdi. O, onun adını daşıyan tələb olunan müxtəliflik haqqında qanunu (Eşbi qanunu) tərtib etmişdir: "nəzarət o zaman təmin edilə bilər ki, menecerin vasitələrinin müxtəlifliyi (bu halda bütün idarəetmə sistemi) ən azı vəziyyətin müxtəlifliyindən az olmasın.
Bir Bank
Kapital Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı.